Misli Premyer Liqasında XI tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Neftçi” ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən matç komandamızın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Bu gün parlaq oyun izlədik. Meydanda 90 dəqiqə gərgin mübarizənin şahidi olduq. Lakin hesab 3:0 olduqdan sonra rəqibə fərqi minimuma endirməyə imkan verdik. “Neftçi” kimi rəqibə qarşı oyunda 90 dəqiqə mübarizə aparmalısan. Hətta 3:0 irəlidə olduqdan sonra belə 4-cü, 5-ci qolu vurmaq üçün mübarizə aparmaq lazımdır. Komandamdan razıyam. Lakin bəzi mənfi məqamlar var ki, bunun üzərində işləməliyik”.