Misli Premyer Liqasında XII tura yekun vurulub. “Sabah” bu turda evdə “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Azarkeşləri, rəhbərliyi və futbolçuları qələbə münasibətilə təbrik edirəm. Futbolçular bu gün meydanda xarakter göstərdilər. Son dəqiqəyə kimi mübarizə apardılar. Bizim üçün mental baxımdan da mühüm qələbə oldu. Bu qalibiyyət məşqlərdə çəkdiyimiz əziyyətin bəhrəsidir”.