Misli Premyer Liqasında XIII tura start verilib. “Sabah” bu turda səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdən sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Çətin qələbə oldu. Bu gün bir neçə əsas oyunçumuzun xidmətindən məhrum idik. Lakin onları əvəz edən futbolçular çox yaxşı çıxış etdilər. Komanda bu gün meydanda intizamlı oyun nümayiş etdirdi. Son oyunlarda əldə etdiyimiz qələbələr bizi rahatlaşdırmadı Bu qələbənin mənim üçün önəmi çox idi”.