Misli Premyer Liqasında XIV tura yekun vurulub. “Sabah” bu turda evdə “Qarabağ”la qarşılaşıb (0:0). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Komandama bu gün sərgilənən mübariz oyuna, fədakarlığa və komanda oyununa görə təşəkkür edirəm. Stadiona gələn azarkeşlərə də çox sağ ol deyirəm. Çox güman, bu gün cari mövsümdə azarkeş rekordu qeydə alındı. Azərbaycan futbolunda bu mənzərənin tez-tez şahidi olmaq istərdim. Qol vurulmamasına baxmayaraq, meydanda müasir, baxımlı futbol izlədik”.