Misli Premyer Liqasının XIV turundan sonra milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yaranıb. “Sabah” FK-nın 12 futbolçusu müxtəlif milli komandalara dəvət alıb.
Komandamızın üzvlərindən Amin Seydiyev, Elvin Camalov, Anatoli Nuriyev, Ceyhun Nuriyev, Aleksey İsayev, Bəxtiyar Həsənalızadə və Namik Ələskərov Azərbaycanın əsas milli komandasına, Yusif İmanov, Rüstəm Samiqullin və Camal Cəfərov U-21 millimizə, Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına, Davit Volkov isə Gürcüstan yığmasına dəvət alıb. Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçimiz Ceyhun Nuriyev ilk dəfə əsas millimizə dəvət alıb.
Azərbaycan yığması beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 16-da Kişinyovda Moldova, 20-də Skopyedə Şimali Makedoniya yığması ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət millimiz noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoldaşlıq oyunları keçirəcək. Kaşukun dəvət aldığı Ukraynanın U-21 millisi noyabrın 19-da İsrail, 21-də Gürcüstandan olan həmyaşıdları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq. Volkovun üzvü oldu Gürcüstan yığması isə noyabrın 17-də Mərakeş milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Soldan sağa: Amin Seydiyev, Namik Ələskərov, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə, Anatoli Nuriyev, Ceyhun Nuriyev.
Soldan sağa: Rüstəm Samiqullin, Camal Cəfərov, Yusif İmanov.
Davit Volkov
Aleksey Kaşuk