Misli Premyer Liqasının XIV turu çərçivəsində baş tutmuş “Sabah” – “Qarabağ” oyunu rekordla əlamətdar olub. “Bank Respublika Arena”da keçirilmiş oyunu 10 min tamaşaçı tribunalardan izləyib. Bu, cari mövsümün rekordu olmaqla yanaşı, həm son 5 ildə ölkə çempionatında, həm də “Sabah”ın ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.
Ümumilikdə, “Sabah”ın cari mövsümdə 8 ev oyununu cəmi 24650 tamaşaçı izləyib ki, bu da orta hesabla hər matça 3081 azarkeş deməkdir.