“Sabah” FK Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb. Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandamızın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.