Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Yığmamız səfərdə Şimali Makedoniya seçmə komandası ilə qarşılaşıb. Skopyedə, “Todor Proeski Milli Arena”da keçirilən matç millimizin 3:1 hesablı qələbəsilə başa çatıb. Oyunda “Sabah” FK-nın futbolçularından Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov və Ceyhun Nuriyev də şans qazanıb. Aleksey və Bəxtiyar start heyətində meydana çıxıb. İsayev görüşün 59-cu dəqiqəsində Elvin Camalovla əvəzlənib, Bəxtiyar sonadək meydanda olub. Ceyhun isə matçın 68-ci dəqiqəsində oyuna daxil olaraq, yığmada debüt edib.

Azərbaycan millisindəki digər təmsilçilərimiz – Amin Seydiyev, Anatoli Nuriyev və Namik Ələskərov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıblar.

Bəxtiyar Həsənalızadə

Elvin Camalov

Ceyhun Nuriyev

Aleksey İsayev