“Sabah” Futbol Akademiyasında yeni müqavilə bağlanıb. Əsas komandamızın sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 komandamızda köməkçi məşqçi kimi çalışacaq.
Qeyd edək ki, Eyubov 2018/19 və 2019/20 mövsümlərində “Sabah” FK-nın şərəfini qoruyub. O, əsas komandamızın heyətində 24 oyun keçirib, 3 qol vurub.