Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. “Sabah” bu mərhələdə “Qaradağ Lökbatan”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdə qollarımıza Davit Volkov, Bəxtiyar Həsənalızadə və Emmanuel Apeh (3) imza atıblar.
Bu nəticə ilə komandamız Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə rəqibimiz “Səbail” olacaq. 1/4 final mərhələsinin oyunları 8-9 və 19-20 dekabr tarixlərində baş tutacaq.