Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Sabah” – “Qaradağ Lökbatan” oyunundan sonra (5:0) məşqçimiz Vitali Korneyev fikirlərini bildirib:

“Bu oyunda heyətdə bəzi rotasiyalar etmişdik. Matç bizim diqtəmiz altında keçdi. Bu görüşdə bəzi az oynamış futbolçulara da şans verdik ki, özlərini göstərmək fürsəti qazansınlar. Bəzi şeylər tam olaraq istədiyimiz kimi alınmasa da, nəticədən razı qaldıq”.

Qeyd edək ki, baş məşqçimiz Murad Musayev cəzalı olduğundan komandamızı bu matça köməkçi məşqçi Vitali Korneyev çıxarmışdı.