Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. “Sabah” bu mərhələdə evdə “Qaradağ Lökbatan”a qalib gələrək (5:0) 1/4 finala vəsiqə qazanıb. “Bank Respublika Arena”da keçirilən görüşdə komandamızın qollarına Davit Volkov, Bəxtiyar Həsənalızadə və Emmanuel Apeh (3) imza atıb.
Matçda het-trik edən Apeh “Sabah”ın tarixinə düşüb. Belə ki, nigeriyalı forvard komandamızın heyətində bir oyunda 3 qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, “Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”lə qarşılaşacaq. İlk oyun 8-9, cavab matçı isə 19-20 dekabr tarixlərində baş tutacaq.