Misli Premyer Liqasında XV tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Matç komandamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Tovuz şəhər stadionunda keçirilmiş görüş müdafiəçimiz Amin Seydiyev üçün əlamətdar olub. Belə ki, “Sabah”ın heyətində 68-ci oyununu keçirən müdafiəçi, bu sahədə klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandamızın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.

Qeyd edək ki, Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib.