Misli Premyer Liqasında XVI tura start verilib. “Sabah” bu turda evdə “Şamaxı” ilə qarşılaşıb (1:1). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Oyun tam bizim nəzarətimiz altında keçdi. Demək olar, rəqibə təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Bu gün qalib gələ bilmədiyimizə görə təəssüf edirəm. Azlıqda qalsaq da, oyuna nəzarəti davam etdirirdik. Qalib gəlməmişiksə, bunun günahını özümüzdə axtarmalıyıq. Çünki 25-ci dəqiqədə gərəksiz qırmızı vərəqə alaraq azlıqda qaldıq. Komandaya ikinci hissədə sərgilədiyi oyuna, xarakterə görə təşəkkür edirəm. Amma bu cür matçlardan 3 xalla ayrılmalıyıq”.