Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. “Sabah” bu mərhələdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən ilk oyun rəqibin qələbəsi ilə nəticələnib – 2:3. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Artıq iki oyundur kobud səhvlər edirik və bu səhvlər nəticəsində meydanda azlıqda qalırıq. Bu bizi çətin vəziyyətdə qoyur və oyun planımızı dəyişməyə məcbur oluruq. Bu gün ən yaxşı oyunumuzu keçirmədik. Təsəlliverici məqam odur ki, matçın sonlarında iki qol vuraraq növbəti mərhələ üçün şanslarımızı qoruyub saxladıq”.