Yarımmüdafiəçimiz Namik Ələskərov qasıq nahiyyəsindəki yırtıqdan əməliyyat olunub. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib. Həkimlərin rəyinə əsasən, futbolçumuz təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.

“Sabah” FK ailəsi Namikə şəfa diləyir və bərpa prosesini ən qısa müddətdə başa vurmasını arzulayır.