Misli Premyer Liqasında XVII tura start verilib. “Sabah” bu turda səfərdə “Kəpəz”lə heç-heçə edib (2:2). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Çətin oyun oldu. Meydan sahibləri kompakt futbol sərgilədilər. Bəzən 6 futbolçu ilə müdafiə olunurdular ki, bu cür sıx müdafiəni yarmaq çox çətin idi. Belə müdafiə xəttini yarmaq üçün daha çox ara ötürmələrindən istifadə etməli idik. Rəqib əks-hücumlarda təhlükəli idi. Bu cür hücumlar zamanı əllərinə düşən 2 qol fürsətindən yararlandılar. Bizim bir qədər çox qol şansımız olsa da, tam dəyərləndirə bilmədik”.