“Sabah” FK-nın qış fasiləsində keçəcəyi hazırlıq planı bəlli olub.
Komandamız qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək. Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq. “Sabah” hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.
Komandamız yanvarın 19-da Bakıya qayıdacaq.