Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. “Sabah” “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşıb (0:1). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Bütün oyun bizim üstünlüyümüz şəraitində keçdi. 90 dəqiqə ərzində rəqibi təzyiq altında saxladıq. Açıq oyunun getməsi üçün matçda erkən qol vurmalıydıq. Lakin əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilmədik. Futbolçularımı qınamıram. Onlar bu gün sona kimi mübarizə apardılar. Ancaq indiki vəziyyətə görə ancaq özümüzü günahlandırmalıyıq. İlk oyunda qeydə alınan nəticə bu gün rəqibə özünü rahat hiss etməyə imkan verdi”.