Misli Premyer Liqasında XVIII tura start verilib. “Sabah” ilin son oyununda səfərdə “Sumqayıt”la qarşılaşıb. “Kapital Bank Arena”da keçirilən oyun komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib (6:0). Baş məşqçimiz Murad Musayev sarı vərəqə limitini doldurduğuna görə bu matçda onun əvəzinə mətbuat konfransında köməkçi məşqçi Artur Olenin iştirak edib. Təcrübəli mütəəxssis bu gün komandamızın oyununun alındığını deyib:
“Bu gün oyunumuz yaxşı alındı. Topa nəzarət bizim tərəfimizdə idi. Oyunun bütün fazalarında üstünlüyə sahib idik. Bu gün yaxşı nəticə ilə tətilə gedirik. Futbolçuları, azarkeşlərimizi yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm”.