Misli Premyer Liqasında XVIII tura start verilib. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb. Matç komandamız üçün əlamətdar olub. Belə ki, “Kapital Bank Arena”da keçirilən görüşdə 6:0 hesabı ilə qalib gələn “Sabah”, tarixinin ən böyük hesablı qələbəsini qazanıb. Komandamız daha öncə bir neçə dəfə 5:0 hesablı qələbə qazansa da, ilk dəfə bir matçda 6 top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, matçda qollarımıza Emmanuel Apeh, Aleksey Kaşuk, Coy-Lens Mikels, Elvin Camalov,  Anatoli Nuriyev və Davit Volkov imza atıblar.