İdman tərəfdaşı olduğu ˝Azerbaijan Schools Olympiads 2022˝ layihəsi başa çatıb.

Layihə çərçivəsində təşkil edilən futbol turnirinə “Bank Respublika Arena”da keçirilən final qarşılaşmaları ilə yekun vurulub. Qaliblər klubumuz tərəfindən təltif olunub.

Qeyd edək ki, layihədə ümumilikdə 200-ə yaxın məktəbli iştirak edib. Layihə çərçivəsində klubumuz tərəfindən iştirakçılar üçün futbol məşğələləri və turniri keçirilib, onların əsas komandamızın oyunçuları ilə görüşü təşkil edilib.