“Sabah” FK müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.
Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandamızın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.