“Sabah” qapıçı Aleksandr Neçayevlə yollarını ayırıb. Belaruslu qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 28 yaşlı qapıçı bu ilin yanvar ayından komandamızın üzvü idi.

Neçayevə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.