“Sabah” Futbol Klubu və titul sponsorumuz “Bank Respublika” Yeni il bayramı və həmrəylik günü ərəfəsində Masazırda məskunlaşmış şəhid ailələrini ziyarət edib.

Futbolçularımız, klubumuzun və “Bank Respublika”nın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edib, onlarla xatirə şəkil çəkdiriblər.

Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.