“Sabah” FK gənc futbolçular Abdulla Rzayev və İdris İnqilablını icarəyə verib. Hər iki futbolçu cari mövsümün sonuna kimi Gəncənin “Kəpəz” klubunda çıxış edəcək.

Qeyd edək ki, Abdulla cari mövsümün ilk yarısını icarə əsasında “Şamaxı” klubunda çıxış edib. İdris isə mövsümün ilk yarısını klubumuzda keçirib.