Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsində olan “Sabah” bu gün hazırlıq çərçivəsində ilk məşqinə çıxıb.
Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək. Komandamız hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.