Ötən həftə akademiyamızda qapıçıların günü keçirilib. Akademiyamızın qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov və digər qapıçı məşqçilər bütün aşağı yaş qrupları üzrə qolkiperlərimizə ustad dərsi keçiblər. Görüş zamanı azyaşlı qapıçılara meydanda futbolçularla ünsiyyətin incəlikləri barədə bəhs edilib. Tədbirdə əsas komandamızın qapıçıları Yusif İmanov və Nicat Mehbalıyev, qapıçılar üzrə məşqçimiz Vitali Kovalyov, U-19 komandamızın qapıçı məşqçisi Rauf Mehdiyev də iştirak ediblər. Onlar akademiyamızın qapıçılarına öz məsləhətlərini verib, həmçinin onların suallarını cavablandırıblar.