Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Polşanın “Varta” klubuyla qarşılaşıb – 1:1. Görüşdən sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Komandanın sərgilədiyi futboldan razı qaldım. Oyuna nəzarət edir, qol fürsətləri yaradırdıq. Futbolçular oyunboyu pressinq etdilər. Fasilədən sonra ilk matçımız olduğunu nəzərə alsaq, keyfiyyətli oyun nümayiş etdirdiyimizi deyə bilərəm. Bu matçda hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa. Futbolu qalib gəlmək üçün oynayırıq. Bütün oyuna nəzarət edirsənsə, matçın son dəqiqəsində belə diqqətsizliyə yol vermək olmaz. Qeyd etdiyim kimi, son dəqiqədə buraxılan qolu çıxmaq şərtilə bütün oyundan razı qaldım”.
“Sabah” Antalyada növbəti yoxlama oyununu yanvarın 18-də Serbiyanın “Voyvodina” komandasına qarşı keçirəcək.