Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Polşanın “Varta” (Poznan) klubuyla qarşılaşıb. “Arcadia Sport Center”in futbol meydançasında keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Komandamızın heyətində görüşün 42-ci dəqiqəsində Aleksey Kaşuk fərqlənib. Rəqib matçın 90-cı dəqiqəsində bərabərlik qoluna imza atıb.
Baş məşqçimiz Murad Musayev qarşılaşmada aşağıdakı start heyətinə şans verib:
94. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 19. Con İrasabal, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 15. Kristian Da Silva Fil, 20. Coy-Lens Mikels, 8. Aleksey Kaşuk, 99. Emmanuel Apeh.
Musayev fasilədə qapıçı Mehbalıyevdən başqa bütün heyəti əvəzləyib. İkinci hissədə aşağıdakı futbolçular şans qazanıb:
30. Hiqor Qabriel, 22. Seymur Məmmədov, 17. Tellur Mütəllimov, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 26. Tiemoko Fofana, 33. Camal Cəfərov, 18. Davit Volkov.
Komandamız Antalyada növbəti yoxlama oyununu yanvarın 18-də, Serbiyanın “Voyvodina” klubuna qarşı keçirəcək.