“Sabah” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son oyunda Serbiyanın “Voyvodina” komandası ilə qarşılaşıb. Görüş komandamızın qələbəsi ilə başa çatıb – 4:2. Baş məşqçimiz Murad Musayev matçdan sonra fikirlərini bildirib:

“Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım. Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik”.

Qeyd edək ki, bu, komandamızın Antalya toplanışı çərçivəsində keçirdiyi ikinci oyun idi. Hazırlıq çərçivəsində keçirdiyimiz ilk matçda Polşanın “Varta” klubu ilə bərabərə qalmışdıq – 1:1.