Misli Premyer Liqasında XIX tura yekun vurulub. “Sabah” bu turda “Neftçi” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Qalib gəldiyimizə görə şadam. Bundan daha çox oyunun məzmunundan, komandanın matçın ilk dəqiqəsindən son dəqiqəsinə kimi oyun intizamını qoruyub saxlamasından razı qaldım. Bütün 90 dəqiqə ərzində cəsur, inamlı oyun sərgilədik”.