Misli Premyer Liqasının XIX turunda “Sabah” “Neftçi” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdən öncə “Sabah”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə qalib olan azarkeş Nahid Balıyevə yarımmüdafiəçimiz Aleksey Kaşukun imzalı forması hədiyyə edilib. Formanı azarkeşə Kaşuk özü təqdim edib.