Misli Premyer Liqasında XX tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matç 3:0 hesablı qələbəmizlə yekunlaşıb. Bu oyun komandamızın müdafiəçisi Con İrasabal üçün əlamətdar olub. İspaniyalı futbolçu “Sabah”ın formasında ilk qoluna imza atıb. O, buna komandamızda keçirdiyi 19-cu matçda nail olub. İrasabal matçın 70-ci dəqiqəsində hesab arasındakı fərqi ikiyə yüksəldib.
Qeyd edək ki, Con bu matçda 1 qol və 1 assistlə yadda qalıb.