Misli Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş “Qəbələ” – “Sabah” oyunu (0:3) futbolçularımız Amin Seydiyev və Tellur Mütəllimov üçün əlamətdar olub. Belə ki, Amin bu matçda Premyer Liqada 100-cü, Tellur isə 150-ci oyununu keçirib.

Qeyd edək ki, Seydiyev bu oyuna start heyətində başlayıb, fasilədə Mütəllimovla əvəzlənib.