Misli Premyer Liqasında XXIV tura star verilib. “Sabah” bu turda səfərdə “Şamaxı” ilə qarşılaşıb (1:2). Oyundan sonra məşqçimiz Artur Olenin fikirlərini bildirib:

“Oyuna çox pis başladıq. Bunun da nəticəsində ilk hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Fasilədən sonra üstünlüyü ələ ala bilsək də, müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qapımızda iki qol gördük. Bu gün rəqib daha istəkli idi. Biz isə komanda olaraq bu matça tam köklənə bilməmişdik”.