Misli Premyer Liqasının XXVI turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (4:0) oyunu gənc yarımmüdafiəçimiz Seymur Məmmədov üçün əlamətdar olub. “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib. Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandamızda 3-cü rəsmi oyununda nail olub.

Qeyd edək ki, Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.