Seçmə mərhələ və yoxlama oyunları üçün milli komandaların heyətləri açıqlanıb. “Sabah” FK-nın 12 futbolçusu müxtəlif milli komandalara dəvət alıblar. Belə ki, Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Tellur Mütəllimov, Elvin Camalov, Namik Ələskərov, Ceyhun Nuriyev və Aleksey İsayev Azərbaycanın əsas, Rüstəm Samiqullin və Camal Cəfərov U-21, Seymur Məmmədov U-20, Davit Volkov Gürcüstanın əsas, Aleksey Kaşuk isə Ukraynanın U-21 millisinə dəvət alıblar.
Qeyd edək ki, gənc qapıçımız Yusif İmanov ilk dəfə əsas milliyə dəvət olunub.