Misli Premyer Liqasının XXVIII turu komandamız üçün əlamətdar olub. “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edən Murad Musayevin yetirmələri bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb. Komandamız oyunun gedişində hesabda 1:2 geri düşsə də, son dəqiqələrdə gələn Coy-Lens Mikels və Aleksey Kaşukun qollarıyla bu görüşdən 3 xalla ayrılmağı bacarıb.
Bu qələbə ilə xallarının sayını 65-ə çatdıran “Sabah” çempionatın biriminə 8 tur qalmış ilk üçlükdə yerini təmin edib. Bu da o deməkdir ki, komandamız növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək.
Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.