Misli Premyer Liqasında XXXI tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən və komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnən matç baş məşqçimiz Murad Musayev üçün əlamətdar olub. Belə ki, Musayev bu qarşılaşmada “Sabah”ın “sükanı arxasında” Premyer Liqada 50-ci görüşünü keçirib.

Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb (9 heç-heçə, 9 məğlubiyyət).