“Sabah” FK hücumçu Tiemoko Fofana ilə yollarını ayırıb. Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fofana 2021-ci ilin yanvar ayından “Sabah”ın üzvü idi.
Tiemokoya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.