Hər kəsin səbirsizliklə gözlədiyi “Sabah” – “Beşiktaş” matçının tarixi bəlli olub. Türkiyə nəhəngi ilə qardaşlıq matçı mayın 13-də saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bilet satışı və KİV üçün akkreditasiya ilə bağlı tezliklə ətraflı məlumat veriləcək.