“Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçiriləcək qardaşlıq matçına akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının nəzərinə:
Qeydiyyatdan keçmək istəyən şəxslər mayın 10-u saat 18:00-a qədər ad-soyad, çalışdığı mətbu orqanın adını elnur.hamidov@sabahfc.az elektron ünvanına göndərməlidirlər. Məlumatları göndərərkən, qeydiyyatdan keçən yazılı mətbuat nümayəndələri PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.
Akkreditasiyaların verilmə tarixi və yeri haqqında daha sonra məlumat veriləcək.