“Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında qardaşlıq matçı keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun xeyriyyə xarakteri daşıyıb. Belə ki, görüşdən əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə yönləndiriləcək.

“Sabah”ın baş məşqçisi Murad Musayev matçda aşağıdakı heyətə şans verib:

12. Yusif İmanov, 13. Abdulaye Ba, 4. Elvin Camalov (k), 15. Kristian Da Silva, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 7. Boyan Letiç, 20. Coy-Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.

İkinci hissədə meydana çıxanlar: 21. İldar Alekperov, 18. Davit Volkov, 9. Anatoli Nuriyev, 11. Kristian Sebalyos, 29. Ceyhun Nuriyev, 17. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə.

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş isə aşağıdakı futbolçulara şans verib:

34. Mert Günok, 2. Valentin Rozyer, 4. Onur Bulut, 17. Kerem Atakan Keskin, 20. Necip Uysal (k), 22. Berkay Vardar, 23. Velinton Souza Silva, 35. Semih Kılıçsoy, 40. Cekson Muleka, 44. Aleksandru Maksim, 77. Umut Meraş.

İkinci hissədə meydana daxil olanlar: 1. Ersin Destanoğlu, 9. Cenk Tosun, 10. Vinsent Abubakar, 13. Atiba Hatçinson, 19. Amir Haciahmetoviç, 83. Gedson Fernandes, 88. Tayfur Bingöl.

Oyun qollu heç-heçə (3:3) ilə nəticələnib. “Sabah”ın heyətində 3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk və 70-ci dəqiqədə Davit Volkov, “Beşiktaş”dan isə 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə isə penaltidən Cenk Tosun fərqlənib. Görüşün 41-cü dəqiqəsində “Sabah”ın vingeri Coy-Lens Mikels özü qazandığı penaltini qaçırıb. İstanbul təmsilçisinin qapıçısı Mert Günok almaniyalı futbolçunun zərbəsini zərərsizləşdirib.

Qarşılaşma futbol həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, matçı 27 min tamaşaçı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarından izləyib.