Dünən keçirilən “Sabah” – “Beşiktaş” oyunundan öncə hər iki klubun rəhbərliyi Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilib. Ümummili liderin əziz xatirəsi dərin ehtiramla yad olunub. Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət zamanı hər iki abidənin qarşısına qərənfillər düzülüb. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

