Misli Premyer Liqasında XXXIV tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb. Matç gənc qapıçımız Rüstəm Samiqullin üçün əlamətdar olub. Belə ki, 20 yaşlı qolkiper Premyer Liqada ilk oyununu keçirib. Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilən görüş komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.