U-17 Liqasında 2022/23-cü il mövsümünə yekun vurulub. “Sabah”ın U-17 komandası çempionatın son turunda səfərdə “Qəbələ”ni minimal hesabla məğlub edərək mövsümü qızıl medalla başa vurub. Saşa Yunisoğlunun yetirmələri mövsümü 94 xalla bitirib.
Qəbələ şəhər stadionunda keçirilən matçda qolumuza Anar Cəbiyev imza atıb.
Komandamızın üzvü Niyazi Osmanov mövsümün bombardiri olub (35 qol).