“Sabah” FK-nın qida sponsoru olan “Scalini” mövsümün yekunu ilə bağlı komandamız üçün ziyafət təşkil edib. Ziyafətdə “Sabah” FK-nın rəhbərliyi, məşqçiləri, texniki heyəti və futbolçuları iştirak ediblər. Bəzi futbolçulara klub tərəfindən xüsusi mükafatlar təqdim edilib.
Qeyd edək ki, “Sabah” FK 2022/23-cü il mövsümündə tarixində ilk dəfə gümüş medal qazanıb.