Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sabah” FK-nın 5 futbolçusu – Yusif İmanov, Amin Seydiyev, Aleksey İsayev, Namik Ələskərov və Elvin Camalov da yığma komandamıza dəvət alıblar.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, saat 20:00-da “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq.