“Sabah” FK Misli Premyer Liqasının 2022/23 mövsümünü uğurla başa vurdu. Komandamız çempionatı 2-ci pillədə başa vuraraq, tarixində ilk dəfə liqanın gümüş medallarını qazandı. 2022/23 mövsümü klubumuz üçün daha bir neçə rekordla əlamətdar oldu:
– Son mövsümdə 75 qola imza atdıq ki, bu da klub tarixində ən yüksək göstəricidir.
– Son mövsümdə qapımızda cəmi 24 qol gördük. Bu, həm 2022/23 mövsümünün, həm də klub tarixinin ən yaxşı göstəricisidir.
– Komandamız mövsümü 81 xalla başa vurdu ki, bu da klub tarixində rekord nəticədir.
– Son mövsümdə ev oyunlarımızı ümumilikdə 41650 tamaşaçı izlədi (orta hesabla hər oyuna 2313 tamaşaçı). Misli Premyer Liqasının XIV turunun “Bank Respublika Arena”da baş tutmuş “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı stadiondan canlı izləyib. Bu, həm mövsümün, həm də klub tarixinin rekord göstəricisidir.
Misli Premyer Liqasının son mövsümündə bəzi şəxsi göstəricilərdə fərqlənən futbolçularımız:
Ən çox oyun keçirən (oyun sayına əsasən):
Coy-Lens Mikels və Davit Volkov(35 oyun)
Ən çox meydanda olan (dəqiqə olaraq):
Yusif İmanov (2970 dəqiqə)
Ən çox qol vuran:
Coy-Lens Mikels (17 qol)
Ən çox qol vuran (hər oyuna orta hesabla):
Aleksey Kaşuk (0,52)
Ən çox assist edən:
Coy-Lens Mikels (11 assist)